Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Ə.Əhmədov iki nəfərdən – Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı çıxış edərək Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. pizza mizza
Zərərçəkmiş Rəşad Tahirov ona dəymiş zərərin ödənilməsini istəyib. Deyib ki, Əvəz Əhmədova ağır cəza verilməsini istəmir.
Digər zərərçəkmiş Hörmət Əsgərov isə şikayətinin və tələbinin olmadığını, Hörmət Əsgərovu bağışladığını deyib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Telegram kanalımız