Keçmiş prezident həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş prezident həbsdə qaldı

Dünya

30 Dekabr 2022 19:34 746


Peruda impiçment elan edilən keçmiş prezident Pedro Kastilyonun 18 aylıq qabaqlayıcı həbs cəzasını Ali Məhkəmə qüvvədə saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kastilyonun vəkilləri məlumat yayıb. Onların apellyasiya şikayəti təmin edilməyib və cəzanın davam etdirilməsinə qərar verib.

Beləliklə, dekabrın 16-da məhkəmənin Kastilyoya qarşı çıxardığı vəzifə səlahiyyətlərindən sui-istifadə, üsyan və sui-qəsd ittihamları təsdiqlənib. Marqarita pizza

Məhkəmə, həmçinin, keçmiş baş nazir Anibal Torresə ölkədən çıxmaq qadağası qoyub.

Kastilyonun vəkili Vilfredo Robles isə qərara reaksiya verərək müvəkkilinin üsyana səbəb olacaq cinayətlər törətmədiyini, qabaqlayıcı həbs cəzasının əsassız olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!