"Qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi siyasi iradə tələb edir".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
"İran iqtisadiyyatı və qonşu ölkələr bir-birini tamamlayır. İbrahim Rəisi hökuməti digər tərəfdə siyasi iradə formalaşdırmaq üçün diplomatik məsləhətləşmələri artırmalı və bürokratik əngəlləri azaltmalıdır", - deyə eks-səfir tövsiyə edib. Marqarita pizza
Xatırladaq ki, İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian fəaliyyəti dövründə qonşu ölkələrlə müsbət əlqələrin qurulmasının prioritet olacağını elan edib.
Möhsün Pakayinin sözlərinə görə, İslam İnqilabının qələbəsindən sonrakı bütün dövrlərdə qonşu ölkələrlə əlaqələr İslam Respublikasının diplomatik aparatının əsas prioritetlərindən biri olub.
"Xarici işlər naziri Hüseyin Əmir Abdullahian da planlarında buna üstünlük verib, - deyə diplomat bu siyasəti həyata keçirərkən 13 -cü hökumətin qarşısında duran çətinliklərdən söz açıb. - Qonşularımızla güclü siyasi əlaqələrə sahib olmaq təbii olaraq iqtisadi əməkdaşlığın inkişafına yol açır. Bu o deməkdir ki, əvvəlcə tərəflərdə siyasi iradə yaradılmalıdır ki, nəticədə ölkələr iqtisadi əməkdaşlığı təşviq etmək üçün çalışsınlar. Qonşu ölkələrin əksəriyyəti ilə əməkdaşlıq etmək üçün siyasi iradə var, lakin bəzi hallarda bu sahədə daha çox iş görmək lazımdır. Qarşılıqlı inam yaratmaq üçün siyasi sahədə siyasi iradə formalaşdırılmalıdır".
Möhsün Pakayin xatırladıb: "Xüsusilə, Orta Asiya və Qafqazdakı qonşularımız İran İslam Respublikası ilə iqtisadi əlaqələrini gücləndirməlidirlər, çünki əksəriyyəti İranla eyni iqtisadi niyyətdədir. O cümlədən iqtisadiyyatında neft-qaz sahəsinin üstün olduğu ölkələr gəlir mənbələrini diversifikasiya etməyə çalışır".
Diplomat qeyd edib ki, İranla qonşuları arasında iqtisadi əməkdaşlıq bir-birini tamamlaya bilər və bir-birini tamamlayan və hibrid iqtisadiyyatlar yaratmaq üçün qonşularımızla əməkdaşlığımızı davam etdirə bilərik. Bu mənada, siyasi iradə yaratmaq vacib bir məsələdir və bu mövzuda qonşu ölkələrlə məsləhətləşmə və danışıqlar aparmalıyıq. Məsələn, ticarət əməkdaşlığı ilə bağlı bəzi çətin və bürokratik qaydaları pozmalıyıq".
Pakayin ixrac-idxalda bürokratik əngəllərə işarə edərək deyib: "Məsələn, İran və Azərbaycan Respublikası sərhədində Astara, Biləsvar, Culfa və Poldəşt sərhəd keçidlərində, məsələn, müxtəlif qurumlar. gömrük və s. orqanları nəzarət aparır. Ancaq sərhəddə vahid ticarət pəncərəsi yaradılmalıdır ki, sərhəd ticarəti asanlaşdırılsın".
Telegram kanalımız