Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr tarixli bəyanata uyğun olaraq Kəlbəcər rayonunun bu gün işğaldan azad olunması ölkəmizdə, o cümlədən paytaxt Bakıda böyük sevinclə qarşılanıb.
Yenisabah.az xəbər verir ki, paytaxt sakinləri Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə avtoyürüş keçirib, "Qarabağ bizimdir!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndiriblər.
Telegram kanalımız