30 Sentyabr - 00:35
“Kəmaləddin Heydərov ətrafını da toplayıb...” – Deputatdan çağırış 

“Kəmaləddin Heydərov ətrafını da toplayıb...” – Deputatdan çağırış 

Siyasət

17 Avqust 2022 14:43 5820


“FHN-dəki Rixter şkalasına sığmayan zəlzələ ilə bağlı yoldaş Kəmaləddin Heydərova qahmar çıxanlar peyda olub”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib. O, qeyd edib ki, canfəşanlıq edən saytlardən biri yazır ki, sən demə Zaur Mirzəyev videoların ictimailəşməsinə bir neçə gün qalmış, yəni avqust ayının 8-də öz ərizəsi ilə işdən çıxıbmış:

“Videolardan görünür ki, Zaur Mirzəyevin məcaraları 2014-cü ildən başlayıb. Yaxşı, onda bu məxluqun “Nostradamus” bəsirətli ərizəsi FHN üzərindəki ləkələri silir? Bəs 8 illik məcaranı hara yozursunuz? Sadəcə ayıbdı. Azərbaycan cəmiyyətini ələ salmayın. Özünüzü ələ salsanız bəs edər.

Kəmaləddin Heydərov ətrafını toplayıb, FHN haqqında Əsasnamədə dəyişiklikər etməlidir. Yəqin ki, başa düşdü dediyimi!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!