Kəşfiyyat qiyam olacağını bilirdi - CNN

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat qiyam olacağını bilirdi - CNN

Dünya

25 İyun 2023 11:04 573


ABŞ "Vaqner" rəhbəri Yevgeni Priqojinin Rusiyada hərbi qiyam planları barədə əvvəldən məlumat alıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə mənbələr məlumat yayıb.

ABŞ kəşfiyyatı Priqojinin hansısa təxribat hazırladığını bilirdi. Bu həftənin əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) “Vaqner”in şəxsi heyətinin və texnikasının Rusiya sərhədləri yaxınlığında yerdəyişməsi barədə Konqres rəhbərlərinə məlumat verib. Sezar pizza

Dövlət Departamenti “Vaqner”in Afrikadakı fəaliyyəti ilə əlaqədar 27 iyunda şirkətə qarşı növbəti sanksiyaların tətbiq edilməsini planlaşdırırdı, lakin Rusiyadakı vəziyyət fonunda bu tədbirlərin həyata keçirilməsi təxirə salınıb.

Vaşinqton bu qərarın verilməsini izah edərək bəyan edib ki, baş verən məsələdə tərəf tutmuş kimi görünmək istəmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!