Cənubi Koreyanın avtomobil istehsalçısı "Kia" yeni elektrikli kompakt SUV modeli "Syros EV"ni təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, Hindistan bazarında ön sifarişə açılan model münasib qiyməti və bir enerji doldurması ilə 526 kilometrə qədər yürüş məsafəsi ilə diqqət çəkir.
"Syros EV" müasir dizayna malikdir. Avtomobildə "Digital Tiger Face" ön dizaynı, gizli qapı tutacaqları və panoram şüşə tavan yer alıb. Modelin salonunda iri rəqəmsal ekranlar, ön və arxa havalandırılan oturacaqlar, 8 dinamikli "Harman Kardon" səs sistemi, simsiz telefon doldurma funksiyası və xarici cihazlara enerji ötürən "V2L" texnologiyası təqdim olunur. Dominos pizza
Avtomobilin baza versiyası 42 kVt/saat batareya ilə təchiz edilib və 443 kilometrə qədər yürüş məsafəsi təklif edir. Yuxarı təchizat səviyyəsində isə 51,4 kVt/saat batareya ilə bu göstərici 526 kilometrə çatır.
Ən güclü versiya 170 at gücü hasil edir. 100 kVt gücündə sürətli enerji doldurma sistemi sayəsində batareyanın doluluq səviyyəsi 39 dəqiqəyə 80 faizə çatdırıla bilir.
Model standart olaraq 6 təhlükəsizlik yastığı, 360 dərəcə kamera və avtomobildaxili qeydiyyat sistemi ilə təchiz olunub. Ən yüksək komplektasiyada isə 2-ci səviyyə "ADAS" sürücüyə yardım sistemi təqdim edilir.
"Syros EV"in başlanğıc qiymətinin təxminən 19 min dollar olacağı gözlənilir. Modelin "Kia"nın Hindistan bazarında satışa çıxardığı ən münasib qiymətli elektrikli avtomobil olacağı bildirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız