Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxundu

Kriminal

12 May 2026 17:19 94


Kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən İqor Zabolotski və İlnur Valitovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət itihamçısı çıxış edib.

O, hər iki təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. pizza mizza

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İqor Zabolotskiy və İlnur Valitov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham elan olunub. Onlar kibercinayətkarlıq yolu ilə əldə etdikləri 98 min manatı leqallaşdırmada ittiham edilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!