Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

Dünya

26 İyun 2026 08:50 70


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In modernləşdirilmiş artilleriya və raket sistemlərinin sınaqlarını izləyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqlar zamanı modernləşdirilmiş 240 millimetrlik 24 lüləli yaylım atəşli reaktiv sistemin, taktiki ballistik raketin xüsusi təyinatlı döyüş başlığının və 155 millimetrlik özüyeriyən haubitsa üçün artırılmış mənzilli mərminin döyüş göstəriciləri qiymətləndirilib. pizza

Agentlik xatırladıb ki, Şimali Koreya may ayında da süni intellekt texnologiyalarından istifadə edən yeni çoxməqsədli raket sistemlərini sınaqdan keçirmişdi. Bildirilir ki, yeni taktiki qanadlı raket 100 kilometrədək məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!