Kimin siyasi varisi 10 yaşlı qızıdırmı?

saytların hazırlanması

Evə çatdırılma

Kimin siyasi varisi 10 yaşlı qızıdırmı?

Dünya

15 Fevral 2023 14:11 793


Cənubi Koreyanın birləşmə naziri Kvon Yun Se Şimali Koreya liderinin qızının son aylarda müxtəlif tədbirlərdə tez-tez iştirakına münasibət bildirib.

Yenisabah.az "ABC News"a istinadla xəbər verir ki, o, Kim Çen Inın yeganə övladını varis kimi təqdima etmənin hələ tez olduğunu deyib.

10 yaşlı qızı Kim Co E ilə bağlı fərziyyələr son vaxtlar artıb.  pizza sifarişi

Yaxın vaxtlarda onun atası ilə birgə təsviri Şimali Koreya markalarında da əks olunacaq

Cənubi Koreyanın birləşmə naziri Kvon Yun Se parlament komitəsinin iclasında Kimin qızının hakimiyyət iyerarxiyasında yer tuta biləcəyini istisna etməyib: "Şimali Koreyada irsi hakimiyyətin ötürülməsi ilə bağlı fikirlər var. Amma Kim Çen Inın yaşını nəzərə alsaq, Pxenyanın hakimiyyəti qadına təhvil verməyə hazır olub-olmaması ilə bağlı çox qeyri-müəyyənlik var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!