İlk dəfə ölkəmizdə Milli Kitab Satış Sərgisi təşkil edilib. Sərgi 1-10 oktyabr tarixləri arasında davam edəcək. Artıq 2 gündür yazarlarımız, naşirlərimiz və oxucularımız bu mühüm kampaniyada iştirak edirlər.
Maraqlıdır, sərgi iştirakçıları oxucuların diqqətini cəlb edə bilirlərmi? Satış onların ürəyincədirmi?
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Yenisabah.az-a açıqlamasında sərginin bölgələrimizə qədər davam edəcəyini söyləyib: Sezar pizza
“Sərgi bölgələrimizə qədər gedəcək. Qısa zamanda kitab oxuyanların sayı sürətlə artacaq. Kitab, sənət azadlıqdır. Qələbəmiz azadlıqdır! Qalib və azad insanlarımızı sərgiyə dəvət edirəm. Bakı İdman Sarayında yolunuzu gözləyirəm. Giriş sərbəstdir”.
Şahbaz Xuduoğlunun sözlərinə görə, sərgidən öncə ilk işi küçələrdə flayerlər paylamaq olub:
“Öncə əsas işim küçələrdə, metro çıxışlarında Milli Kitab Satış Sərgisi haqqında flayerləri paylamaq oldu. Əhvalımız əla idi. Çünki sərgimizi gözləyən minlərlə oxucumuz var idi. Flayerləri payladıq, kitabları düzdük. Sizinlə görüşə tam hazır olduq”.
Ş.Xuduoğlu ilk dəfə təşkil edilən sərginin uğurlu alındığını qeyd edib:
“Biz bunu bacardıq. İlk dəfə Milli Kitab Satış Sərgisi təşkil etdik. Və bu çox uğurlu alındı. Dünən sərgiyə orta hesabla 3 min insan gəlib. Bu gün də səhərdən yeni insanlar gəlir. Maraqlanıb, alırlar. Belə bir sərginin olmasına çox sevinirlər. Gələn hər kəsə təşəkkür edirəm!”
Nəzrin Vahid
Telegram kanalımız