Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, 29 yaşlı şübhəli L.Məmmədova saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Telegram kanalımız