“Klub prezidentiylə yatmadım, 3 ay maaşımı kəsdi”  – Məşhur basketbolçu
08 İyl 2020 15:51
450

“Klub prezidentiylə yatmadım, 3 ay maaşımı kəsdi” – Məşhur basketbolçu

Serbiyalı basketbolçu Militsa Daboviç açıqlaması ilə gündəmi zəbt edib.

Yenisabah.az xəbər verir ki, 38 yaşlı idmançı 2009-cu ildə “Beşikdaş”dan Yunanıstanın “Palero” klubuna keçidi barədə danışıb.

Daboviç Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyi üçün transfer etdiyini deyib: “2009-cu ildə “Beşikdaş”dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi.

Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istədiyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram”.

Sportinfo yazır ki, Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb. O, həmin il karyerasını bitirib.

“Klub prezidentiylə yatmadım, 3 ay maaşımı kəsdi”  – Məşhur basketbolçu
“Klub prezidentiylə yatmadım, 3 ay maaşımı kəsdi”  – Məşhur basketbolçu
“Klub prezidentiylə yatmadım, 3 ay maaşımı kəsdi”  – Məşhur basketbolçu
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər