Cənubi Qafqaz əhəmiyyətli dəyişikliklərə məruz qalır və onun iqtisadi və strateji potensialı getdikcə daha çox diqqət mərkəzindədir.
"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində "Çoxtərəfli Tərəfdaşlıq Zirvəsi"ndəki çıxışı zamanı deyib: Dominos pizza
"Bu gün praktik regional əməkdaşlıq üçün daha böyük imkanlar mövcuddur. Qonşularımız arasında sülh prosesində əldə edilən irəliləyişi alqışlayırıq və inanırıq ki, regional əməkdaşlığın gücləndirilməsi ticarət, əlaqə və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yarada bilər".
Baş nazir qeyd edib ki, Gürcüstan uzunmüddətli sülh və rifaha nail olmaq üçün zəruri olan prinsiplərə sadiqdir.
Telegram kanalımız