“Köçəryan gözləntiləri doğrultmamış fiqurdur” – Seçkidə sürprizlər olacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Köçəryan gözləntiləri doğrultmamış fiqurdur” – Seçkidə sürprizlər olacaq?

Siyasət

18 Mart 2026 16:17 546


“Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin taleyində ciddi dönüş nöqtəsi sayılır. Çünki bu seçkinin nəticələrindən Ermənistanda və bölgədə sülhün müqəddəratı da müəyyən mənada asılıdır”.

Bu sözləri “Yeni Sabah”a Bizimyol.info portalının təsisçisi, siyasi şərhçi Bahəddin Həzi deyib.

O vurğulayıb ki, Ermənistanda Baş nazir postu uğrunda əsas mübarizə Nikol Paşinyan və Robert Köçəryan arasında olacaq: Marqarita pizza

“Hazırda vəziyyət belədir: "Vətəndaş müqaviləsi" partiyası hazırkı Baş nazir, "Ermənistan" bloku isə Robert Köçəryanın namizədliyini irəli sürüb. Samvel Karapetyan, Artur Vanetsyan kimi iddiaçılar da var. Ancaq belə görünür ki, mübarizə Paşinyanla Köçəryan arasında olacaq.

Bu, əslində Ermənistanın daxili siyasi konyukturasını da aşa biləcək bir seçkidir. Paşinyanın simasında ABŞ, Avropa İttifaqı Köçəryanın simasında Rusiya ilə qarşı-qarşıya gələcək. Yəni bu, geosiyasi seçkidir. Həm də ona görə ki, ABŞ-İsrail tandeminin İrana qarşı apardığı hərbi əməliyyatların gedişi və mümkün nəticələri də bu seçkidə təsir faktorlarından olacaq”. 

Politoloq qeyd edib ki, Köçəryan erməni cəmiyyətinin nəzərində vaxtilə gözləntiləri doğrultmamış fiqurdur:

“Sosioloji tədqiqatların nəticələri göstərir ki, hazırda Nikol Paşinyanın partiyası rəy sorğularında liderliyi əlində saxlayır - 24-26%. Köçəryanın partiyası isə 9-12% arasında ilkin seçici simpatiyası toplayıb.

Hakimiyyətin xeyrinə işləyən fakt budur ki, bütün müxalifət qüvvələri güclərini birləşdursələr belə, "Vətəndaş müqaviləsi" partiyasının tərəfdarları qədər etmir və müxalifət hazırda çox dağınıqdır, birləşə bilmir.

Üstəlik Robert Köçəryan Ermənistanda vaxtilə çevriliş yolu ilə hakimiyyətə gəlmiş, prezident kimi ölkəni idarə etmiş, ancaq gözləntiləri doğrultmamış fiqurdur. Müxalifəti ruhlandıran faktlar isə hakimiyyətin reytinqinin kiçik templə də olsa, aşağı düşmə tendensiyası, Paşinyanın kilsə ilə münaqişədə güc itirməsi, tərəddüd edən - hələ ki neytrallığını qoruyan elektoral kütlənin çox böyük - 35-40% aralığında olmasıdır.

Seçkiyə az qalmış və səsvermə günü hər şey kəskin dəyişə də bilər. Eyni zamanda bölgədəki qanlı müharibə Qərbin Ermənistana diqqətini bir qədər azalda da bilər. Rusiya da Köçəryanın simasında buna ümid edir”.

B.Həzi diqqətə çatdırıb ki, Nikol Paşinyan qələbəyə daha real namizəddir:

“Ancaq düşünürəm, Ermənistan cəmiyyətinin çoxluğu "Qərb, yoxsa Rusiya?" dilemmasında yenə də Qərbi seçəcək. Bu, həm də "sülh, yoxsa müharibə"  seçimidir. Burada da üstünlüyün sülhə veriləcəyi ehtimalı var - sülh tərəfdarları 35%-dir. Amma qərarsızlar da 30% civarındadır. Bu da tərəfdarlarla əleyhdarlar arasında bölünəndə nisbət yenə də sülh tərəfdarlarının - Paşinyanın xeyrinədir. Türkiyə ilə barışıq istəyənlər isə daha çoxdur - 50-60 faiz aralığında.

Bu faktlar deməyə əsas verir ki, seçki ərəfəsində və səsvermə günü Nikol Paşinyanın xeyrinə seçim edənlər çox ola bilər. Doğrusu da bu olar, çünki indiki seçki keçmişlə gələcək aradında seçimdir.

Deməli, məntiqlə, uğursuz keçmişə deyil, perspektiv gözləntisinə səs verənlər çox olacaq. Başqa sözlə, fors-major olmasa, Nikol Paşinyan qələbəyə daha yaxın görünür”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu "Hayastan" ("Ermənistan") blokunun baş nazirliyə namizədi olub. Köçəryan martin 16-da blokun tədbirindəki çıxışında hər il Ermənistanda 45 min yeni iş yeri yaradacağını vəd edib. Tərəfdarlarına müraciətində Köçəryan vurğulayıb ki, təhlükəsizlik Ermənistanın qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq. O bildirib ki, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyacı var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!