Komitədən Fəzail Ağamalının ittihamlarına cavab

saytların hazırlanması

Evə çatdırılma

Komitədən Fəzail Ağamalının ittihamlarına cavab

Siyasət

04 Fevral 2019 20:30 1078


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  deputat Fəzail Ağamalının Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etdiyi dövrdən - keçən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddiasını təkzib edib. 

"Yeni Sabah"ın məlumatına görə, Dövlət Komitəsindən BakuPost-un sorğusuna cavab olaraq deyilib ki, sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır.

Dövlət Komitəsi onu da bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək. Toyuqlu pizza

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında deputat Fəzail Ağamalı Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etdiyi dövrdən - keçən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığını, 50 min insanın işsiz qaldığını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!