UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi" də bu gün meydana çıxıb. Matç komandamızın qələbəsi ilə başa çatıb - 2:0.
Komandalar arasında Sarayevoda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Neftçi" növbəti mərhələyə adlayıb. Dördpendirli pizza
"Ağ-qaralar" 3-cü mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək və ilk görüşünü səfərdə keçirəcək.
3 avqust
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00."Neftçi" (Azərbacan) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0
Qollar: Kenni Sayef, 20, Eddi İsrafilov, 68
Baş hakim - Balazs Berke (Macarıstan).
İlk oyun - 2:2
Bakı. "Bakcell Arena"
Telegram kanalımız