“Konyaspor” Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü Mahir Emrelini rəsmən təqdim edib.
Yenisabah.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir: “Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo” Zaqrebə məxsus olan istedadlı hücumçu ilə yarımmövsümlük müqavilə imzaladı. Emreli komandamızda 19 nömrəli forma geyinəcək”. Toyuqlu pizza
Qeyd edək ki, “Konyaspor” M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.
Telegram kanalımız