Kreml Makronun ittihamı ilə razılaşmır - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Kreml Makronun ittihamı ilə razılaşmır - Peskov

Dünya

15 May 2023 16:39 685


Kreml Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çindən asılılığı barədə sözləri ilə qəti şəkildə razılaşmır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: "Bununla qəti şəkildə razılaşmırıq, çünki bizim Çinlə, Çin Xalq Respublikası ilə münasibətlərimiz strateji, xüsusi tərəfdaşlıq xarakteri daşıyır və bu, heç kimdən asılılıqla bağlı deyil. Bu, qarşılıqlı maraqların nəzərə alınmasıdır, bu, qarşılıqlı faydadır, bu, beynəlxalq məsələlərə münasibətdə dünyagörüşünün yaxınlığıdır, bu, diktə etmək, dövlətlərimizin inkişafı ilə bağlı başqasının fikrini qəbul etdirmək cəhdlərini birgə rədd etməkdir”. Marqarita pizza

Xatırladaq ki, bundan əvvəl Makron “L`Opinion” nəşrinə müsahibəsində Rusiyanın geosiyasi məğlubiyyətə uğradığını, Çindən vassal asılılığa düşmək prosesinə başladığını və tarixi müttəfiqlərini şübhə altına aldığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!