Kremlin adamını Paşinyan niyə orduya rəhbər təyin edib?  - Qasparyan haqda maraqlı məlumatlar
25 Fev 2021 19:04
1132

Kremlin adamını Paşinyan niyə orduya rəhbər təyin edib? - Qasparyan haqda maraqlı məlumatlar

"Nikol Paşinyanı istefaya səsləyən baş qərargah rəisi Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib"

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Qasparyanın Rusiyada təhsil alması və Kremlin adamı olmasını xüsusi vurğulayıb:

"Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. Qasparyan 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Rusiya hərbisi isə heç zaman xarici ölkələrdəki müdavimləriylə əlaqəni kəsmir".

Bəs Paşinyan niyə Rusiyanın adamını Baş Qərargah rəisi təyin edib?

E.Şahinoğlu bu suala bele cavab verib:

"Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın adamını 8 iyun 2020-ci ildə Baş Qərargah rəisi təyib edib. Görünür, Paşinyanın başqa alternativi yox idi. Başqa maraqlı fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycana məğlub olduğunu Paşinyana məhz Qasparyan inandırıb və 10 noyabrda məlum bəyanat qəbul edilib. İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyana yükləməyə çalışır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər