Krımda dəmiryolunda partlayış oldu, taxıl dolu 5 vaqon relsdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Krımda dəmiryolunda partlayış oldu, taxıl dolu 5 vaqon relsdən çıxdı

Dünya

18 May 2023 10:34 651


Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb. 

“Report” xəbər verir ki, məlumatı “Mash” yayıb. 

Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.  Dominos pizza

Məlumata görə, dəmiryolunun Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb. 

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!