Krımda Zelenskiyə məxsus mülk müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Krımda Zelenskiyə məxsus mülk müsadirə olundu

Dünya

24 May 2023 16:09 745


Krım Dövlət Şurası Rusiya Federasiyası vətəndaşlarına, ona bağlı təşkilatlara və Rusiyaya qarşı qeyri-dost hərəkətlər planlaşdıran və ya törədən xarici şəxslərə məxsus daşınmaz əmlak obyektlərinin milliləşdirilməsi haqqında qərar qəbul edilib.

Yenisabah.az xəbər verir ki, milliləşdirilən obyektlər arasında Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş “Krım tatar xalqının Məclisi” ekstremist təşkilatının Simferopol şəhərinin Şmidt küçəsindəki binası və Ukrayna prezidenti Volodimir Zelenskinin mənzili də var.

Bundan əlavə, ukraynalı sahibkaralar məxsus çoxsaylı mülkiyyət milliləşdirilib. Pepperoni pizza

Beləliklə, Rinat Axmetov, İqor Kolomoyski, Serhiy Taruta, Arseni Yatsenyuk, Nestor Şufrıç da daxil olmaqla, ukraynalı iş adamları və siyasətçiləri yarımadada əmlaklarını itiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!