“KTMT üzvləri başqa ölkələrə güc tətbiq etməkdən çəkinməlidirlər” -   Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“KTMT üzvləri başqa ölkələrə güc tətbiq etməkdən çəkinməlidirlər” - Prezidentin köməkçisi

Siyasət

19 Oktyabr 2020 17:46 1374


“Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını təşkil edən müqaviləyə əsasən üzv ölkələr başqa ölkələrə güc tətbiq etməkdən və hədələməkdən çəkinməlidirlər. KTMT-yə üzv ölkələrin qarşısında belə bir öhdəlik var və bu, təşkilatın nizamnaməsində öz əksini tapıb”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəticədə belə hasil olur ki, Ermənistan təşkilatdan sui-istifadə edərək KTMT-yə üzv ölkələrə potensial təhlükədə yaratmaqla, öz ərazisindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlar həyata keçirir. Dördpendirli pizza

H. Hacıyev qeyd edib ki, nəticə etibarı ilə Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək istəyir: “Biz bunu hərbi-siyasi təxribat kimi qiymətləndiririk. Ermənistandan başqa, bizim təşkilata üzv olan digər dövlətlərlə dostluq, tərəfdaşlıq münasibətlərimiz var. Biz ikitərəfli münasibətlərimizdən istifadə edərək təşkilata üzv ölkələri Ermənistanın hücumları ilə bağlı məlumatlandırırıq. Azərbaycan bu təşkilatın üzvü deyil və təşkilat qarşısında hər hansı öhdəliyi yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!