Kuba xüsusi xidmət orqanları insan alveri şəbəkəsinin aşkar edildiyini açıqlayıb.
Yenisabah.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, bu barədə Kuba XİN məlumat yayıb.
Şəbəkənin məqsədi aztəminatlı Kuba vətəndaşlarını Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya silahlı qüvvələrində muzdla döyüşməyə cəlb etmək olub. Dominos pizza
Ölkə hakimiyyəti həm Kuba sakinlərini, həm də Rusiyadakı kubalıları hədəf alan həmin rus şəbəkəsini ləğv etməyə başlayıb.
Rəsmi Havana da cinayət işinin başlandığını bildirib. Eyni zamanda, Kuba hakimiyyəti ölkənin Ukrayna müharibəsində iştirak etmədiyini və Kuba vətəndaşlarının hər hansı ölkəyə qarşı silahlı əməliyyatlara cəlb edilməsinə qarşı tədbir görəcəyini təkid edir.
Rəsmi Moskva hələlik Havananın bəyanatını şərh etməyib.
Telegram kanalımız