“Azərbaycan gənclərinə yazığım gəlir, nə ev var, nə arvad...“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan gənclərinə yazığım gəlir, nə ev var, nə arvad...“ - Deputat

Sosial

01 Dekabr 2021 12:30 13295


Ötən ilin yekunlarına görə, Azərbaycanda işsiz gənclərin ümumi sayı 154 min 100 nəfərə yaxındır. Bu o deməkdir ki, ölkədə gənclər arasında işsizlik göstəricisi 11.2 faizdir. Yəni hər 9 gəncdən biri işsizdir.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, gənclərin işə düzəlməsi məsəsələsi olduqca vacib məsələlərdəndir.

Deputat qeyd edib: pizza hut

“Həqiqətən, bəzən Azərbaycan gəncinə mənim yazığım gəlir. Çox çətin bir vəziyyətdir. Baxırsan gəncin simasına 20 yaşlarındadır, amma saçları ağarıb, evlənməyib, özünə iş yeri tapa bilməyib. 

Nə qədər cavan xanım və bəyimiz işsizlikdən əziyyət çəkir. Onların işlə təmin olunması məsləsi dövlətin prioritet sahələrindən biridir. Təəssüf ki, bu günə qədər gənclər siyasəti ilə bağlı çox danışılıb, ancaq bu siyasət yerində sayır. Gənclər siyasəti doğru-düzgün yerinə yetirilsəydi, bu gün Azərbaycan gəncləri çətin vəziyyətdə yaşamaz, işsiz olmazdı”.

“Gəncləri dörd divar arasına toplayır, mühazirə oxuyurlar, bığlı-saqqalı kişilər danışır, cavanlar da toplantıda yuxuya gedirlər. Hərənin əlinə bir dəftər-qələm vermək gənclər siyasəti deyil. Siyasəti gənclərin elmə, biliyə, yaxşı təhsilə, peşəyə yönəldilməsidir. Gənc 20 yaşında arıtq bir iş sahibi olmalı və ailə qurmalı, ipoteka ilə ev almalı, dünyanı gəzməyə başlamalıdır. Ancaq bu yaşdakı gənc hazırda küçə-küçə gəzib iş axtarır. Yəni biz gəncə istədiklərini verə bilmirik”.

Ayzel 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • 0123
    Salam. Hər vaxtınız xeyir olsun. Mənim şəxsən kasıbçılığın ucbatından ailəm dağıldı,işdə məhkəmədə. Yoldaşımı həm qınayıram,həmdə yox. Qınayıram ona görə ki,çəkdiyim əziyyətə mənnən birgə dözərdi,qınamıram ki,2 övladımın 2sidə əməliyyat olunmalıdı,alındıra bilmirəm. Yenədə Uca Dünya Sahibi Olan Uca Yaradana Sükrlər Olsun.Xeyirlisi.
    4 years ago
  • Vahid
    Salam.. 39 yaşım var sübayam yaşadıgım yer padval 2 ci qurup hərbi əliləm işləyə bilmirəm... bu işlərə kim baxır..
    4 years ago
  • Emin
    Həqiqətən artıq bezmişəm , yaşımın üstünə yaş gəldikcə nə bilim , hər keçən dəqiqə daha çox pis oluram , 21 yaşım var , 3 dəfə sağ sol ciyərlərimdə ağır xəstəlik keçirmişəm , hərbi xidmətdə oldum 6 aydan geri göndərdilər ciyərlərimə görə , nə pensiya alıram nə birşey , iş qüvvəmdə özümə biraz güc edən kimi ciyərlərimdən ağrı tutur həqiqətən nə edim bilmirəm , 3 aydır artığ işsizəm sadəcə şükürlər edirəm Allaha bir tikə ən azından gündə 1 dəfə yemək tapıp yeyə bilirəm deyə
    4 years ago
  • Arzuman
    Şükür axirki sizin kimi birisi bizləri (işsizləri) ölkədə olan broblemləri göz önünə gətirirsiz. Çox yaxsi olarki siz bu ölkənin Prezidenti seçiləsiz İNŞALLAH.
    4 years ago
  • Novruz
    Salam Aleykum
    4 years ago
  • Vuqar
    Nəhayət ki , əvvəl- axır Siz də dilə gəldiniz. Gənclərimizin çoxu xarici ölkələrə gedirlər. Gələcəkdə böyük problem ilə qarşılaşacağıq. Bu barədə fikirləşin.....
    4 years ago
  • RAHİM
    HÖRMƏTLİ RAZİ BƏY SALAM. SİZİN həmkarınız illərdi "deputat" olan məlahət xanım bu. Fikrinizi inkar edir.
    4 years ago
    • Vuqar
      Vuqar
      İşsiz gənclər lazım olsa- siyahısın mən ,, deputat,,a təqdim edə bilərəm
      4 years ago  Like (0)