Küçədə qızla qucaqlaşan oğlana etiraz elədi, bıçaqladı - Bakıda qəribə qətl

saytların hazırlanması

Evə çatdırılma

Küçədə qızla qucaqlaşan oğlana etiraz elədi, bıçaqladı - Bakıda qəribə qətl

Kriminal

25 Oktyabr 2019 09:05 1508


Bakıda qəribə qətl hadisəsi baş verib.

“Yeni Sabah”ın verdiyi xəbərə görə, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib. 

1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar. Marqarita pizza

Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.

Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!