Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.
“Yeni Sabah” xəbər verir ki, onlar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.
Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb. Pepperoni pizza
Səhnə əsərinin quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasında bütün obrazları aktrisa Ülviyyə Əliyeva canlandırıb.
Mərkəzin sədri Kəmalə Ağazadə bu xeyirxah təşəbbüsə görə teatr rəhbərliyinə və kollektivə təşəkkür edib.
Qeyd edək ki, yubiley ili çərçivəsində teatr paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə səfərlərini davam etdirəcək.
Telegram kanalımız