Küləkli havada Bakıda 3 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Küləkli havada Bakıda 3 nəfər xəsarət aldı

Sosial

27 Noyabr 2023 15:37 504


Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd danışılıb.

Həmin şəxslər mərkəzə yerləşdirilib: pizza sifarişi

"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirib ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!