Türkiyə Televiziya və Radio Şurasına (RTÜK) “Kurtlar Vadisi” serialına görə 1060 şikayət daxil olub.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, bu şikayətlər 1 iyun 2014 -1 may 2019-cu illəri əhatə edir.
Şikayətlər əsasən serialın insan psixologiyasına mənfi təsiri; kişilərin özlərini serialdakı Polat Alemdar obrazının yerinə qoyaraq ailə fərdlərinə fiziki zorakılıq göstərməsi; bir çox səhnədə silah, qan və ölümün açıq aydın göstərilməsi səbəbilə izləyənlərdə şiddətə meyllilik yaratması və s. kimi səbəblərlə bağlıdır.
Gələn şikayətlərdən birində belə deyilir:
“Atam bu seriala görə bizi döyür”.
RTÜK-ə şikayət ərizəsi göndərənlər serialın efirdən yığışdırılmağını tələb ediblər.
Sabrina
Telegram kanalımız