“Kurtlar Vadisi”nin “İskender Büyük”ü ekranlara qayıdır 

“Kurtlar Vadisi”nin “İskender Büyük”ü ekranlara qayıdır 

Şou

29 Noyabr 2022 07:19 785


Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “İskender Büyük” obrazı ilə tanınan Musa Uzunlar uzun illərdən sonra yenidən ekranlara qayıdır.

Ustad aktyor “Həyatımın şansı” serialına çəkilib.

Sonuncu dəfə “Bir ananın günahı” serialında rol alan Uzunların çəkildiyi yeni layihə Fox TV-də yayımlanacaq.

Baş rollarda Alican Yücesoy və Şifanur Gülün oynadığı serial kiçik qızı ilə həyatda qalmağa çalışan Yunqanın ətrafında cərəyan edəcək. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!