Küveyt iki İran diplomatını “persona non-grata” elan edib

saytların hazırlanması

Evə çatdırılma

Küveyt iki İran diplomatını “persona non-grata” elan edib

Dünya

03 İyun 2026 18:24 73


Küveyt iki İran diplomatını arzuolunmaz şəxslər elan edib, onlara 24 saat ərzində ölkəni tərk etmək tapşırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Küveyt mediası məlumat yayıb.

"Küveytin Xarici İşlər Nazirliyi İran İslam Respublikasının ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq Küveyt ərazisinə və mülki infrastruktura davam edən hücumları qınayan rəsmi etiraz notası təqdim edib", - məlumatda bildirilib. Pepperoni pizza

Qeyd edək ki, bu gün İran PUA-larının və raketlərinin Küveytə hücumu nəticəsində bir nəfərin öldüyü, 63 nəfərin xəsarət aldığı bildirilmişdi. Küveytin Silahlı Qüvvələri iyunun 3-ü səhər saatlarından etibarən İranın 13 ballistik raketini və 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!