Laçın zəfəri Bakıda qeyd olunur   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Laçın zəfəri Bakıda qeyd olunur - Fotolar

Maraqlı

01 Dekabr 2020 12:49 1398


Laçının erməni işğalından azad edilməsi Bakıda qeyd edilir.

Yenisabah.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar “Qarabağ Azərbaycandır!”, "Laçın azaddır!" şüarları səsləndiriblər.

Daha sonra isə həm Laçın rayonunun sakinləri, həm də əraziyə yığışan digər bölgələrdən olan vətəndaşlar avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü ediblər. Pepperoni pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan işğal etdiyi Laçın rayonunu bu gün - dekabrın 1-i Azərbaycana qaytarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!