Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT

Kriminal

13 Avqust 2025 11:48 8136


Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.

Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşırmış. pizza sifarişi

S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür.

Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən ov tüfəngi ilə öldürülüb. Qətl Laçın rayonunun Fingə kəndi ərazisində qardaşlar arasında yaranmış mübahisə zəminində baş verib.

X.Quliyev özü Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə yaşayırmış.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!