Latviyanın yeni prezidenti məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Latviyanın yeni prezidenti məlum oldu

Dünya

31 May 2023 20:12 782


Latviya Seymi tərəfindən seçilən ölkənin Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Edqars Rinkeviç tələb olunan minimum 51 səsi qazanaraq Latviyanın yeni prezidenti olub.

Yenisabah.az xəbər verir ki, yeni prezidentin namizədliyini 52 deputat dəstəkləyib.

Latviyanın yeni prezidenti Rusiyanın fəal tənqidçisidir və Ukrayna hakimiyyətini aktiv şəkildə dəstəkləyir. Sezar pizza

Rinkeviçlə yanaşı prezident seçkilərində iş adamı Uldis Pilens və hüquqşünas Elina Pinto da iştirak edib.

Hazırkı prezident Egils Levits isə namizədliyini irəli sürməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!