Lavrovun bu ölkəyə girişi qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Lavrovun bu ölkəyə girişi qadağan olundu

Dünya

21 Noyabr 2022 14:13 820


Polşa Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə girişinə icazə vermədiyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, o, dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etməli idi.

“Fikrimizcə, Rusiya bütün beynəlxalq platformalarda mümkün qədər tamamilə təcrid olunmalıdır. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, yəni Avropanın təhlükəsiz olması vacib olan ölkələrin toplantısıdır və Rusiya ona qarşı çıxır, onun bütün təşkilata tamamilə zidd olan maraqları var", - Polşanın xarici işlər naziri Yablonski bildirib.  Dominos pizza

Bundan başqa, Rusiya parlamentarilərinə ATƏT PA-nın noyabrın 24-26-da Varşavada keçiriləcək payız sessiyasında iştirak etmək üçün viza verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!