Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) qarşılıqlı fəaliyyət məsələlərini, Avropa Şurasındakı vəziyyəti və iki ölkənin Avropa İttifaqı ilə münasibətlərini müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN-in dekabrın 21-22-də Bakıda keçirilən məsləhətləşmələrin yekunlarına dair məlumatında deyilir.
Qruşkonu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də qəbul edib. Dördpendirli pizza
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Milli Məclisin Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə görüşlər keçirilib.
“Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, ikitərəfli və beynəlxalq gündəlikdəki cari məsələlərə də toxunulub.
Diplomatik qurum əlavə edib ki, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb.
Hər iki tərəf regional və Avropa təhlükəsizlik məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Telegram kanalımız