Dünyaca məşhur amerikalı ulduz Ledi Qaqa rusları təhqir edib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, o çıxışından sonra fanatları ilə söhbət edib və bu zaman Rusiya-Ukrayna arasında baş verənlərə münasibət bildirib.
Ukraynanı dəstəklədiyini deyən L.Qaqa Rusiya səfərini xatırlayaraq rusları “axmaq” adlandırıb: Pepperoni pizza
"İmkanları olanda məni Rusiyada həbs etməli idilər. Onlar o zamanlar axmaq idilər, elə də qalıblar".
Qeyd edək ki, Ledi Qaqa 2012-ci ildə Rusiyada baş tutan konsertində səhnədə LGBT-ni ( Lezbiyan, Gey, Biseksual və Transseksual) təbliğ etdiyi üçün həbsi təklif olunmuşdu.
İfaçı həmin vaxt buna sərt reaksiya verərək Rusiyanı tənqid etmişdi.
Telegram kanalımız