Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var

Hadisə

16 Sentyabr 2026 23:32 71


Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. pizza mizza

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.\APA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!