Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu

Hadisə

25 May 2021 10:57 940


Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!