Lənkəranda qardaş qardaşı bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda qardaş qardaşı bıçaqladı

Kriminal

16 Avqust 2023 19:40 1297


Lənkəran rayonunda qardaş-qardaşı bıçaqlayıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, qardaşı tərəfindən bıçaqlanan Lənkəran rayonu Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Dərhal əməliyyat olunub. Aparılan araşdırmalar nəticəsində hadisənin ailə münaqişəsi zəminində Lənkəran rayon Şilavar kənd sakini, zərərçəkənin qardaşı Amil Əliyev tərəfindən törədildiyi müəyyən edilib. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!