“Levon Ter-Petrosyan indiki dünya siyasətindən çox uzaqdır”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanln keçmiş Baş naziri Vazgen Manukyan deyib:
“Onun məğlubiyyətçi “praqmatizminə” gəlincə, bu, yeni bir şey deyil. Birinci “Artsax müharibəsi” zamanı o, inandırdı və kağız-qələmlə “sübut etdi” ki, biz uduzacağıq. Və heç də təsadüfi deyil ki, o, müharibə zamanı mənə, yəni rəqibinə müdafiə naziri olmağı təklif etdi ki, gözlənilən məğlubiyyətin bütün məsuliyyəti mənim üzərimdə olsun. Amma bunun əksi baş verdi. pizza mizza
O ki qaldı prezidentlərin Qaregin həzrətlərinin yanında toplaşmasına, mən əvvəldən əmin idim ki, bu, heç bir nəticə verməyəcək. Bu vəziyyətdə düşünülə biləcək ən nəticəsiz format idi və mən də bəzi iştirakçılar haqqında öz fikrimi bildirdim.
Hər şeydən asılı olmayaraq, mən inanıram ki, bu çətin və zahirən ümidsiz vəziyyətdə belə, milli və dövlət problemlərimizi həll etmək üçün imkanlar var”.
Telegram kanalımız