Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşdü - Fotolar

Siyasət

19 Yanvar 2026 18:23 642


Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.

Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib. Pepperoni pizza

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.

Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!