Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Lider TV-nin yerini hansı kanal tutacaq?  - RƏSMİ AÇIQLAMA
24 May 2021 19:04
2731

Lider TV-nin yerini hansı kanal tutacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında televiziyalarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, iclasda "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

"Lider TV” bağlandıqdan sonra yerində yeni telekanalın fəaliyyətə başlayıb-başlamaması isə sual doğurur.

MTRŞ-nın Texniki Şöbəsindən İsa Məmmədov "Ölkə.az”a açıqlamasında bildirib ki, bunun üçün müsabiqə elan olunmalıdır:

"Lider TV-nin bağlanması məhkəmə qaydasında olub. Həmin televiziyanın müəyyən borcları var idi, ödəyə bilmirdi. Bundan sonra kanalı məhkəməyə verdilər. Məhkəməni uduzdu və qərar çıxarıldı ki, televiziya bağlansın. 

Televiziya və radioyayımın yenisinin açılması müsabiqə əsasında olur. Bunun üçün müsabiqə elan olunmalıdır. Yəni müəyyən müddət keçməlidir, sənədlər daxil olmalıdır. Sonra həmin səndələr təhlil olunmalı və qərar çıxarılmalıdır. Lisenziyanı birindən alıb o birinə vermək olmur”. 

İ.Məmmədovun sözlərinə görə, yeni televiziyanın açılması məsələsi tamaşaçıların tələbindən asılı ola bilər:

"Əvvəlcə tamaşaçıların tələbatı öyrənilir. Məsələn, sahə üzrə televiziya açıla bilər. Tutaq ki, bizdə idman, uşaq verilişləri və s. var. Yəni bizdə olmayan və insanların tələbatına uyğun hansısa televiziya ola bilər. Vacib deyil ki o, "Lider” televiziyasını əvəz etsin”.

Qurum rəsmisi bildirib ki, müsabiqənin nəticəsində sənədlər təhlil edildikdən sonra qalib ola da bilər olmaya da bilər:

"Yeri gəlmişkən, ola bilər müsabiqə üçün 5 nəfər müraciət etsin, amma heç biri qalib elan olunmasın. Bu onunla bağlıdır ki, müraciət edənlərin sənədlərində, konsepsiyasında, avadanlıqlarında hansısa nöqsanlar olsun”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər