Litvalı siyasətçi: “2019-da Rusiya ölkəmizə hücum etməli idi“

saytların hazırlanması

Evə çatdırılma

Litvalı siyasətçi: “2019-da Rusiya ölkəmizə hücum etməli idi“

Dünya

20 Dekabr 2022 16:14 642


"Amerika kəşfiyyatı Litvaya məlumat vermişdi ki, Rusiya 2019-cu ildə ölkəyə hücum edə bilər, lakin Ukrayna Vilnusu belə bir bədbəxtlikdən “xilas etdi”.

Yenisabah.az “Delfi”yə istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı, Litva Xristian Demokratlar İttifaqının nümayəndəsi Rasa Yukneviçene deyib.

O, Rusiya planlaşdırıldığı kimi, 3 gün ərzində Kiyevi işğal edə bilsəydi, regionda və dünyada vəziyyətin necə qiymətləndiriləcəyi barədə düşünməyə çağırıb. Marqarita pizza

Avropa Parlamentinin deputatı Ukraynaya hərbi müdaxilənin “Vladimir Putin üçün sonun başlanğıcı” olduğunu düşünür: “Yaxud imperiyanın sonunun başlanğıcı. Çoxlu qan axıdılacaq, bəlli deyil o nə vaxt bitəcək, necə bitəcək. Ancaq bu, sonun başlanğıcıdır. Bu baş verir və Putin artıq uğursuzluğa düçar olur. İlk həftə uğursuz oldu, indi uğursuz. Yalnız meydanda məğlubiyyətin çətin anları qalıb”.

Yukneviçene bildirib ki, amerikalıların hələ 10 il əvvəl Litvanı Rusiyanın planlarından xəbərdar edib. Həmin məlumatlara görə, 2019-cu ildə Rusiya NATO-nu sınaqdan keçirmək üçün bu ölkəyə təcavüz etməli idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!