Türkiyədə azərbaycanlı kriminal avtoritetlər arasında silahlı qarşıdurma ölümlə nəticələnib.
Yenisabahaz xəbər verir ki, Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan "Baba Naxçıvanski", "Fuad Xarkov" ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında dava olub. Sonda "Baba Naxçıvanski" öldürülüb, "Fuad Xarkov" isə yaralanıb.
Məlumata görə, bu dava Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisasının alınması ilə bağlıdır. Bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər. pizza sifarişi
Modern.az-ın yazdığına görə, "Baba Naxçıvanski" peşəkar cüdoçu və müxtəlif turnirlərin qalibi olub.
Telegram kanalımız