“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı

Kriminal

27 Avqust 2020 16:10 2722


Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun imperiyasına onun kiçik qardaşı rəhbərlik etməyə başlayıb.

“Yeni Sabah” xəbər verir ki,  “Novaya qazeta” yazır ki, Rusiyanın meyvə-tərəvəz bazarlarındakı ticarətçilər indi Namiq Səlifova haqq ödəyəcəklər.

44 yaşlı Namiq Səlifov “qanuni oğru” statusu daşıyır, “Namiq Bakinski” ləqəbi ilə tanınır. 1996-cı ildə Azərbaycan məhkəməsi Səlifov qardaşlarına uzunmüddətli hökm çıxarıb. Lakin necə olubsa, Namiq Səlifov 2001-ci ildə azadlığa çıxıb, 2013-cü ildə İstanbulda keçirilən “sxodka”da ona “qanuni oğru” statusu verilib. pizza hut

“Lotu Quli” öldürüləndən sonra onun kriminal imperiyasının kimə miras qalacağı Rusiya mətbuatında müzakirə mövzusudur. Belə qənaət hökm sürür ki, kriminal aləmdə nüfuzuna və təsir imkanlarına görə  “Lotu Quli”yə bərabər fiqur qalmadığına görə parçalanmalar, toqquşmalar qaçılmaz olacaq./Virtualaz

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!