“Lotu Quli“nin qohumu Bakıda həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli“nin qohumu Bakıda həbs edildi

Kriminal

21 Avqust 2020 12:19 2211


Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.

Yenisabah.az xəbər verir ki, saxlanılan şəxsin adı Natiq Binnətovdur.

N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən üzərindən narkotik vasitə çıxıb. pizza hut

N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

N.Binnətov əvvəllər də həbsdə olub.

Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllənərək qətlə yetirilib. “Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!