Lotu Qulinin silahlı adamı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lotu Qulinin silahlı adamı saxlanıldı

Kriminal

22 May 2019 16:47 1224


Qondarma Luqansk Xalq Respublikasının Lisiçansk şəhərində “Lotu Quli”nin silahlı emissarı saxlanılıb.

Bu barədə Milli Polis Təşkilatının Strateji Araşdırmalar Departamenti məlumat yayıb. Postsovet məkanında oğrular dünyasının kralı olmaq üçün mübarizə aparan Nadir Səlifovun adamını Ukraynaya yeni “kriminal hərəkat” qurmaq üçün göndərdiyi bildirilir.

Yoxlanış zamanı adı açıqlanmayan 34 yaşlı Azərbaycan vətəndaşının üzərindən iki ədəd “F-1” qumbarası, iki ədəd silah və 50 ədəd güllə götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza hut

“Qafqazinfo” 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!