Madonna koronavirusa yoluxub və sağalıb   – Özünün xəbəri olmayıb  

saytların hazırlanması

Evə çatdırılma

Madonna koronavirusa yoluxub və sağalıb – Özünün xəbəri olmayıb  

Şou

07 May 2020 17:52 1080


Koronavirus testinin pozitiv çıxdığını açıqlaması ilə gündəm yaradan amerikalı müğənni Madonna yeni açıqlama verib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı dünya ulduzu antikor testindən keçdiyini və nəticənin pozitiv olduğunu vurğulayıb. Bu da onun xəbəri belə olmadan koronavirusa yoluxması və sağalması deməkdir: "Bir gün əvvəl analiz verdim və koronavirus daşıyıcısı olduğumu öyrəndim. Buna görə də yayda maşınımın pəncərəsini açaraq koronavirus havası udacağam və uzun tətilə çıxacağam”. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə verdiyi məlumatda bədəndə yeni növ koronavirusa qarşı antikorların olmasının virusa qarşı immunitet yaratdığına dair bir araşdırma olmadığını açıqlayıb.  Sezar pizza

Xatırladaq ki, Madonna koronavirus peyvəndinin tapılması üçün 1,1 milyon dollar bağışlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!