Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verdi

saytların hazırlanması

Evə çatdırılma

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verdi

Dünya

21 Aprel 2026 00:20 772


Macarıstanda hakimiyyətə gələn “Tisa” partiyasının lideri Peter Madyar əvvəlki hökumət dövründə vəzifəyə təyin olunmuş dövlət qurumlarının rəhbərlərinə istefa üçün son tarix müəyyən edib.

"Yeni Sabah" xəbər verir ki, Madyar bu barədə mətbuat konfransında danışıb.

O bildirib ki, bu şəxslər 31 may tarixinədək könüllü şəkildə vəzifələrini tərk etməlidirlər.

Madyar qeyd edib ki, həmin kadrlar Viktor Orbanın siyasi komandasıdır və onların vəzifədə qalması üçün mənəvi əsas yoxdur.

O əlavə edib ki, əgər bu tarixədək istefa verilməzsə, yeni hökumət qanuni mexanizmlərdən istifadə edərək onları vəzifədən uzaqlaşdıracaq./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!